Cəmiyyət

Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı flaşmob təşkil edilib - FOTO

1 Mart 2021 19:19
Baxış: 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diaspora İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının və Berlin Azərbaycan Evinin təşkilatçılığı ilə Almaniyanın paytaxtı Berlin şəhərində Brandenburg qapıları önündə yerləşən Paris meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş maraqlı fləşmob təşkil olunub.

Komitədən Milli.Az-a bildirilib ki, fləşmob çərçivəsində meydanda Xocalı yazısını, 613 və 29 rəqəmlərini əks etdirən xüsusi şamlar yandırılıb ki, bu da yerli ictimayyətin marağına səbəb olub.

Yerli sakinlərə Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, Azərbaycan xalqının bu faciəni heç zaman unutmayacağı bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.