Ferma sahibi çobanı armud gətirməyə göndərdi, arvadını... - Azərbaycanda şok cinayət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağstafa rayonunda arvadını və onunla yataqda olan ferma sahibini güllələməkdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Misir İbrahimovun məhkəməsi başa çatıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Misir İbrahimov çoban işlədiyi Ağstafa rayonu Qarayazı qəsəbəsində Sakit Nəsibova məxsus fermada onunla birlikdə yemək yeyib, spirtli içki qəbul edib.
Daha sonra Sakit Nəsibov onu armud gətirmək üçün kəndə göndərib. Misir İbrahimov fermada arvadı Şərifə Həməşayevanın Sakit Nəsibovla tək qalaraq yaxın münasibətdə olmasından şübhələnib.
Bu səbəbdən yolun yarısından geriyə qayıdıb, fermadakı üstü örtülü, kənarlarının bir tərəfi bağlı, digər tərəfi açıq olan çardağa baxıb. Çarpayıda arvadının yarıçılpaq şəkildə Sakit Nəsibovla uzandığını görüb.
O, fermada yaşadığı otağa gedib və otaqdan tüfəngi götürüb. Sonra Şərifə Həməşayeva və Sakit Nəsibovun olduğu yerə gəlib. Çarpayıda uzanıqlı vəziyyətdə olan Sakit Nəsibova bir neçə metr məsafədən tüfəngin lüləsini tuşlayaraq ona namusuna sataşdığını bildirib və atəş açıb. Sakit Nəsibov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Misir İbrahimov daha sonra həmin çardaqda stolun kənarında dayanan arvadı Şərifə Həməşayevanın qarın nahiyəsinə atəş açıb. Arvadının qan axmasından öləcəyini düşünüb və onu yaralı vəziyyətdə qoyaraq gedib.
Şərifə Həməşayeva Ağstafa rayon mərkəzi xəstəxanasına çatdırılıb. İxtisaslı tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas edilib.
İstintaq orqanı tərəfindən Misir İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Misir İbrahimov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Sakit Nəsibovun hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib. Hüquqi varis cinayət işinin yenidən araşdırılması ilə ibtidai istintaqa göndərilməsini xahiş edib.
Apellyasiya şikayətini onunla əsaslandırıb ki, Misir İbrahimovun cinayəti ittihamda göstərilən niyyətlə deyil, gizlədilən alçaq niyyətlə əlaqədardır.
Onun sözlərinə görə, zərərçəkmiş şəxs Şərifə Həməşayevanın ifadəsində göstərildiyi kimi Misir İbrahimovun Sakit Nəsibovu vurması hadisə gününədək olan davamlı mübahisələrdən irəli gəlib:
"Məhkəmə zərərçəkmiş şəxsin deyil, təqsirləndirilən şəxsin fərqli ifadələrinə istinad edərək cinayətin motivini ibtidai istintaq tərəfindən verildiyi kimi təsdiq edib. Əslində isə zərərçəkmiş şəxs doğru danışıb, əvvəldən sona kimi ifadəsini eyni cür, dəyişdirmədən verib".
Hüquqi varis şikayətinin sonunda təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.
Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb və sonda qərar elan edilib. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayət təmin olunmayıb.
Bu qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayəti verib. Onun kassasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Şikayət araşdırılması üçün hakim İlqar Qılıcovun icraatına verilib.
Yaxın günlərdə kassasiya şikayəti üzrə məhkəmə prosesi başlanacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
XƏBƏR LENTİ
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi





