Cəmiyyət

Qeyri-çimərlik ərazidə boğulan şəxsi xilas etmiş şəxsə döş nişanı təqdim edilib

26 Fevral 2021 18:54
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsində Şimal Qres adlanan nəzarətsiz qeyri-çimərlik ərazisində boğulan iki şəxsdən birini xilas etmiş Pyotr Anatolyeviç Kuvşinova döş nişanı təqdim edilib.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov göstərdiyi sücaətə görə Pyotr Kuvşinova təşəkkür edərək onun nümunəvi addımının gənclərə örnək olacağını bildirib.

Daha sonra P. Kuvşinova "Fövqəladə halların nəticələrini aradan qaldıran iştirakçıya" döş nişanı təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.