Baş İdarə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan xalqının qanlı səhifəsi - Xocalı soyqırımını dünyaya tanıtmaq, bu faciəyə ədalətli qiymət verilməsinə nail olmaq məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan bütün müəssisələr Heydər Əliyev Fondunun başlatdığı "Xocalıya ədalət" kampaniyasına qoşularaq sosial şəbəkələrdə Azərbaycan, rus və ingilis dillərində Xocalı həqiqətlərini, faciənin miqyası ilə bağlı faktları videoçarxlar, ədəbi-bədii kompozisiyalar, virtual kitab sərgiləri, informasiya bülletenləri, qısametrajlı filmlər, onlayn tədbirlər və slaydlar vasitəsilə yayımlayıb.
Uşaq musiqi və incəsənət məktəblərində keçirilən onlayn tədbirlər ilk növbədə izləyicilərə Xocalı soyqırımı haqqında məlumatla başlanıb, sonra gənc istedadların ifasında şeirlər, vokal və instrumental ifalarla davam edib. Müəllimlərlə şagirdlərin bərabər çıxışları sanki nəsillər arasında informasiya mübadiləsini təmin edib.
Bakı şəhərində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemləri Xocalı faciəsini şahidlərin dilindən səsləndirib, şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Bakı şəhərində yerləşən digər mədəniyyət müəssisələri də internet üzərindən hərbi-vətənpərvərlik ruhlu, məlumatlandırıcı və maarifləndirici videoçarx, bədii qiraət nümunələri, ədəbi-bədii və musiqili kompozisiyalarını davamlı təqdim etməklə izləyiciləri tariximizi unutmamağa, gələcəyə məhz gələnəklərdən görənəklərə prizmasından yanaşmağa həsr ediblər.
"Xocalıdan-Xocalıya"... Xocalı faciəsi Bakı Uşaq və Gənclər Teatrının gözü ilə" qısametrajlı filmi isə həm üslub, həm də məna yükü və rəmzilikləri ilə fərqlənir.
Bu il Xocalı faciəsindən ürəyimiz ağrısa da, Yer üzündən silinmiş, anaların fəryadı, uşaqların çığırtısı, ahılların kədəri, şəhidlərin qanı hopmuş bu şəhərin və cümlə Qarabağın artıq erməni işğalçılarından azad olması və şəhid ruhların nəhayət dinclik tapması qəlbimizdə ümid hissi yaradır və bu hiss mədəniyyət müəssisələrinin Müzəffər Ordumuzun Şanlı Qələbəsindən ruhlanaraq internet üzərindən yayımladığı bütün fəaliyyətlərinə hakim kəsilib.
https://www.youtube.com/watch?v=anIivA8GszE&feature=youtu.be
https://www.youtube.com/watch?v=YtnN0v72MlM
https://www.youtube.com/watch?v=rn7SoAzYgVo&feature=youtu.be
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq





