Cəmiyyət

FHN əməkdaşları növbəti kursu uğurla başa vurublar - FOTO

25 Fevral 2021 18:17
Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları növbəti kursu uğurla başa vurublar.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin Qazdan-tüstüdən müdafiə xidməti (QTMX) struktur bölmələrinin şəxsi heyətinin yararsız mühitdə nəfəs almaq üçün insanların xilas edilməsi, yanğınların söndürülməsi və qəzaların nəticələrinin aradan qaldırılması zamanı döyüş hərəkətlərini təmin edən xidmət növüdür. FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin tərkibində fəaliyyət göstərən Qazdan-tüstüdən müdafiə vasitələri bölməsi (QTMVB) sıxılmış hava aparatlarının təmiri və yoxlanılması, hava balonlarının təkrar doldurulması və sınaqdan keçirilməsi işlərini yerinə yetirir.

FHN DYMX-nin struktur bölmələrinin istismarında və ehtiyatda olan sıxılmış hava aparatlarına yeni müasir avadanlıqlarla təchiz edilmiş QTMVB-si tərəfindən ardıcıl olaraq qulluq göstərilir. QTMVB-nin işinin daha da təkmilləşdirilməsi məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin 23 əməkdaşı bu il fevralın 17-dən 24-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasının İxtisasartırma kurslarına cəlb ediliblər. Kurs hazırlığı müddətində əməkdaşlar sıxılmış hava aparatlarının istismar qaydalarını, onların yoxlanılması, mövcud nasazlıqların aradan qaldırılması üzrə üsul və qaydaları öyrəniblər. Kursu müvəffəqiyyətlə bitirmiş əməkdaşlara müvafiq sertifikatlar verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.