Dövlət qulluğuna qəbul üçün qeydiyyat bitir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin mart ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat sona yaxınlaşır.
Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, inzibati icarçı vəzifələr (B növü) üzrə imtahana qeydiyyat 24 fevral saat 12:00-da başa çatacaq.
İnzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC (rəhbər vəzifələr) və BA, BB qruplarına uyğun olan vəzifələr üzrə imtahanlar Bakı və Gəncə şəhərlərində martın 7-də keçiriləcək.
A növünə aid olan imtahan yalnız Bakı şəhərində kompüter, B növünə aid olan imtahan isə Bakı və Gəncə şəhərlərində kağız daşıyıcılar vasitəsilə aparılacaq.
B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat 24 fevral saat 12:00-dək aparılacaq.
A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat 5 mart saat 12:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər (şəxsi kabineti olmayanlar) DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)





