Hüquqşünas Novxanı məktəbindəki hicab qalmaqalından danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda orta məktəb şagirdlərinin hicab geyinmələri ilə bağlı daha bir qalmaqal yaşanıb. Bakının Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva hicabla gələn şagirdləri dərsə buraxmayıb.
Qeyd olunur ki, məktəb direktoru bir neçə şagirdin hicabını zorla başından açaraq, yerə atıb. O, bununla kifayətlənməyərək, hicablı şagirdlərə qarşı yol verilən bu hərəkətə etirazlarını bildirən valideynlərə təzyiq göstərərək, onları təhqir edib. Direktor bir qədər də irəli gedərək, valideynlərə "Bura siz hicablılar üçün deyil, hamınızı İrana sürgün etmək lazımdır", - deyib.
Valideynlərin sözlərinə görə, yaranmış gərginlik şagirdlərdə ciddi təşviş yaradıb. Onlar valideynlərinə zəng edərək, qorxduqlarını, gəlib onları məktəbdən evə aparmalarını istəyiblər. Məlumatı dəqiqləşdirmək üçün əlaqə saxlanılan sözügedən məktəbin direktoru Taliyə Mirzəyeva yenicag.az-a açıqlamasında rəhbəri olduğu təhsil ocağında hicab qalmaqalı haqda yayılan xəbəri təkzib edib. Direktorun sözlərinə görə, məktəbdə hicablı şagirdə qarşı hər hansı təzyiq olmayıb və bu barədə irəli sürülən iddia əsassızdır: "Məktəbimizdə 1 300 şagird təhsil alır, onların da 800 nəfəri qızdır. Ümumiyyətlə, bizim məktəbdə başı bağlı qız şagirdlərimiz və müəllimlərimiz yoxdur. Bu gün gəlib görürəm ki, 7-ci sinifdəki qız başını bağlayıb. Mən ona dedim ki, bayırda bağlayır, məktəbin daxilinə girəndə başını açacaq, yenə bayıra çıxanda bağlayacaq, gedəcək. Uşaq da elə başını açdı, girdi dərslərini keçdi, getdi. Çünki bir uşağın başı bağlı olsa, Novxanı da elə bir yerdir ki, orada Masallı, Lənkəran zonasından çox işləyənlər var və onların da hamısı sabah gələcəklər ki, uşaqların başını bağlayaq. Qız uşağıdır, nə təzyiq olunacaq qıza? Özü də mən uşaqla yox, onun anası ilə danışdım. Anası ilə qapıda danışdım, uşaq da özü girdi soyundu çıxdı. Heç bir təzyiq ola bilməz".

Bakı Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat"a deyib ki, hicaba qadağa dindarları seçim qarşısında qoyur: "Belə çıxır ki, inanclı xanımlar dini etiqad azadlığı hüququndan istifadə etmək üçün təhsil və əmək hüququndan məhrum olmalıdır? Hicablı xanımlar məktəbə, işə getməsinlər? Bu doğru yanaşma deyil və Azərbaycan Konstitusiyasına da ziddir. Azərbaycan qanunvericiliyində hicabla bağlı hər hansı məhdudiyyət yoxdur. "Təhsil haqqında" Qanunun 14-cü maddəsinin 10-cu bəndində qeyd olunur ki, "Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir". Bu maddəni əsas tutmaqla təhsil müəssisələri qızların məktəbə hicabla gəlməsinə icazə vermir. Halbuki qanunda birbaşa hicabla bağlı qadağa yoxdur və qadağa olmayan yerdə şagirddən hicabı açması tələbi də qanuni deyil".
Hüquqşünas deyir ki, valideynlər övladlarını dərk edərək, yəni, məktəb yaşlı qızlar başın bağlanması fəlsəfəsinin mahiyyətini anlayaraq hicab bağlamaları daha doğrudur: "Onların təhsil alması üçün maksimum şərait yaratmaq lazımdır. Bəzi valideynlər hicab probleminə görə qızlarını məktəbə buraxmırlar. Yəni hazırda Azərbaycanda bu məsələ ilə əlaqədar təhsildən kənarda qalan qız uşaqları az deyil. Əslində yuxarı sinif şagirdlərinə məktəbə hicabla gəlməyə icazə vermək olar. Bu, ibtidai sinifdə hicaba icazə verilməməsinin davasını edənlərin də məntiqini zəiflədər".
Hüquqşünas deyir ki, Azərbaycanın ali məktəblərində həqiqətən də hicabla bağlı hər hansı problem yoxdur. Universitetlərdə hicablı xanımlar tez-tez gözə dəyir. Amma hicabsızlarla müqayisədə onların sayı xeyli azdır. Hər halda tələbələr başın bağlanması fəlsəfəsini şagirdlərdən daha yaxşı dərk edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
XƏBƏR LENTİ
-
Nanopeyklərlə meşə yanğınlarını vaxtında aşkar edəcəklər
-
Ventilyator ayda nə qədər elektrik sərf edir?
-
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: bu meyvə və giləmeyvələri az yeyin
-
9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli
-
İlon Mask yenidən trilyoner oldu
-
UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
-
Sevdiyiniz rəqəm xarakteriniz haqqında nə deyir?
-
Səyahət edənlər daha çox yaşayırlar
-
İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!





