Cəmiyyət

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

18 Fevral 2021 23:11
Baxış: 1 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərinin Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan otaqda ev əşyaları 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.