Su, qaz, elektrik sayğaclarına baxılması qaydası dəyişir - Qanuna dəyişiklik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sahibkarlıq sahəsində su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməyəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı qanuna dəyişiklik edilir. Belə ki, fevralın 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə onlayn iclası keçirilib.
İclasın gündəliyinə "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat veriblər. Diqqətə çatdırılıb ki, təklif olunan dəyişikliklər sahibkarlıq sahələrinə xidmət edən inhisarçı dövlət şirkətlərinin fəaliyyətini tənzimləyəcək, bu sahədə dövlət nəzarətini gücləndirəcək və sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələri aradan qaldıracaq.
Qeyd olunub ki, bu günlərdə Milli Məclisdə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin uzadılması barədə məsələ müzakirə edilib. İndi müzakirə olunan dəyişiklikdə isə nəzərdə tutulur ki, su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməsin. Sayğaclara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrinden avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir





