Cəmiyyət

DİM-in 4 elektron xidmətinin fəaliyyəti ikigünlük dayandırılacaq

17 Fevral 2021 18:29
Baxış: 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzinə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 2021-ci il 17-19 mart tarixlərində Mərkəzin bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən "Tələbə-məzun", "Şagird-məzun", "Musiqi məktəbi-məzun" sistemi, "Dövlət qulluqçularının Reyestri" informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

Bu barədə Milli.Az-a DİM-dən məlumat verilib. Qeyd edilib ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.