Cəmiyyət

Müdafiə Nazirliyi ekskursiya təşkil edib - FOTO

15 Fevral 2021 15:54
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 111-ci ildönümü münasibətilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan Ordusunun bir qrup tankçısının Lənkəran şəhərinə ekskursiyası təşkil olunub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ekskursiya Şəhidlər Xiyabanının ziyarət olunması ilə başlayıb. Vətən uğrunda canlarından keçən Şəhidlərin məzarı üstünə qərənfillər düzülüb, ruhlarına dualar oxunub.

Sonra Həzi Aslanovun Lənkəran şəhərindəki Ev muzeyi ziyarət olunub. Muzeyin bələdçisi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun həyat və döyüş yolu haqqında ekskursiya iştirakçılarına ətraflı məlumat verib.

Ekskursiya başa çatdıqdan sonra tankçılar Vətən müharibəsi zamanı torpaqlarımızın azad olunması uğrunda qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksəlmiş Biləsuvar rayon Çaylı kəndindən olan döyüşçü yoldaşlarının məzarlarını da ziyarət ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.