Cəmiyyət

Səyyar vergi yoxlamasının vaxtı necə müəyyən olunur?

15 Fevral 2021 23:56
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Vergiödəyicilərində səyyar vergi yoxlaması növbəti və növbədənkənar olmaqla keçirilə bilər.

Milli.Az xəbər verir ki, mövzunu şərh edən iqtisadçı Anar Bayramov növbəti səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın başlanmasından azı 15 gün əvvəl vergiödəyicisinə vergi orqanı tərəfindən yazılı bildirişin göndərildiyini bildirib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergiödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergiödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir: "Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir və 30 gündən çox davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər".

İqtisadçı qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, vergi orqanı hər hansı vergiödəyicisində yanvarın 1-dən dekabrın 31-dək olan dövrü əhatə edən təqvim ili ərzində ən çoxu bir dəfə növbəti səyyar vergi yoxlaması keçirə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.