Cəmiyyət

Nərgiz Cəlilova televiziyadakı maaş azlığından gileyləndi

15 Fevral 2021 17:49
Baxış: 1 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Televiziyada həmişə maaş çox aşağıdır. Aparıcılarımız var ki, efirdən əlavə tədbirlər idarə edirlər. El şənlikləri aparıb, əlavə gəlir qazanırlar. Bəziləri isə quru maaşa işləyir. Bununla da ailə saxlayırlar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova "Səhər mərkəzi" proqramında deyib. Aparıcı telekanallarda maaşların az olmasından bəhs edib:

"Bu günün tələbləri o qədər yüksəkdir ki: insan gəzmək, geyinmək, ləziz yeməklər yemək istəyir. Bunun kafe, restoranı da. Ona görə də gənclərimiz özəl şirkətlərə üz tuturlar, orada maaş yüksəkdir. Artıq bu məsələ həll olunmaq üzərədir".

Aparıcı Tural Əsədov N.Cəlilovanın illər əvvəl ona dediyi "Haqqımda demişdi ki, ondan heç vaxt aparıcı olmayacaq" sözlərini xatırladıb.

Aparıcı "Arxanızca yox, üzünüzə demişdim. İllər ötəndən sonra peşəkar aparıcı oldunuz. Tədbirlərin birində dedim ki, Tural səninlə fəxr edirəm, illər əvvəl dediyim sözləri geri götürürəm" cavabını verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.