Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.
Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1994-cü il təvəllüdlü Röyal Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin hazırda orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Milli.Az