Gəncədə yol qəzası olub, xəsarət alan var

9 Fevral 2021 08:23

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1994-cü il təvəllüdlü Röyal Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin hazırda orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az