Cəmiyyət

Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

9 Fevral 2021 07:55
Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2112" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.