Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2112" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Milli.Az