Şirvanda avtomobilin vurduğu piyadanın hər iki ayağı sınıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında köhnə şəhər massivində qeydə alınıb. "VAZ 2107" markalı avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Alim Məmmədovu vurub. Yaralı hər iki ayağının sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az