Şirvanda avtomobilin vurduğu piyadanın hər iki ayağı sınıb

6 Fevral 2021 19:51

Şirvanda avtomobilin vurduğu piyadanın hər iki ayağı sınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında köhnə şəhər massivində qeydə alınıb. "VAZ 2107" markalı avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Alim Məmmədovu vurub. Yaralı hər iki ayağının sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az