Cəmiyyət

BNA Sumqayıtda avtobusun saxlanılması ilə bağlı məlumat yaydı

5 Fevral 2021 07:11
Baxış: 1 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi (BNA) Sumqayıtda avtobusun qaçırılması ilə bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, BNA-nın Mətbuat katibi Mais Ağayev avtobusun agentliyə məxsus olmadığını bildirib.

"Məlum olduğu kimi 05.02.2021 tarixində gecə saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb. Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Məlumat üçün bildirik ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi "Xaliq Faiqoğlu" MMC-yə aiddir. 10 TG 816 dövlət qeydiyyat nişanlı avtobus 114 nömrəli müntəzəm xətt üzrə istismardadır.

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı "Xaliq Faiqoğlu" MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - M.Ağayev deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.