Cəmiyyət

DİM-də ilk dəfə "rus dili xarici dil kimi" imtahanı keçirilib

2 Fevral 2021 17:38
Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzində (DİM) ilk "Test po russkomu yazıku kak inostrannım" (ТРКИ) imtahanı təşkil edilib.

DİM-dən Milli.Az-a bildirilib ki, dördüncü sertifikat səviyyəsini (ТРКИ-IV / C2) seçmiş namizəd üçün imtahan onlayn qaydada keçirilib. İmtahanın nəticələri 7 iş günündən sonra email vasitəsilə namizədə göndəriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda yeganə fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

İmtahana qeydiyyat və digər məsələlərlə bağlı daha ətraflı məlumat DİM-in saytında verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.