Cəmiyyət

O VİDEOdakı əsgər Kəlbəcərdə vəfat edən Fətulla imiş...

31 Yanvar 2021 15:35
Baxış: 3 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi zamanı sosial şəbəkələrdə ən çox paylaşılan videolardan biri də indi təqdim edəcəyimiz görüntülər idi. Həmin pozitiv görüntülərdə kartof soyan əsgərimizin yanındakı küçüyü əzizləməsi rəğbətlə qarşılanmışdı.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən videodakı əsgər iki gün öncə səhhətində yaranan problem səbəbi ilə Kəlbəcərdə vəfat edən Siracov Fətulla Qasım oğludur. O, ötən gün Şabranın Gəndov kəndində torpağa tapşırılıb. Məlumat üçün bildirək ki, 19 yaşlı Fətulla Siracov evin tək oğlu, üç bacının bir qardaşı olub.

Onun hərbi xidmət müddəti ötən ilin oktyabrında başa çatmalı olsa da, Vətən müharibəsinə görə tərxis edilməyib. Mərhələli şəkildə tərxis edilməli olan əsgər Siracov bu ilin fevralında evinə qayıdacaqdı.

Qeyd edək ki, Fətulla Siracov Prezidentin sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.