Cəmiyyət

Qaxda narkotik alverçisi silahla yaxalandı

21 Yanvar 2021 12:14
Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, əməliyyat zamanı Qax rayonu Qaxingiloy kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Fuad Mustafazadə tutularaq istintaqa təqdim olunub. Şəxsi axtarış zamanı F.Mustafazadədən sellofan torbada çəkisi 33 qram narkotik vasitə olan qurudulmuş marixuana və pnevmatik tapança aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə şəhər ərazisində gizlətdiyi 435 qram qurudulmuş marixuana da aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.