Cəmiyyət

Ukraynanın Azərbaycandakı səfiri Şəhidlər Xiyabanını ziyarət edib, 20 Yanvar şəhidlərini yad edib

20 Yanvar 2021 16:06
Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Şəhidlər Xiyabanını ziyarət edib, 20 Yanvar şəhidlərini yad edib. 

Bu haqda Milli.Az-a Ukraynanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfir qeyd edib ki, hər bir ölkənin tarixində faciəvi səhifələr var:

"Hər bir ölkənin tarixində faciəvi səhifələr vardır. Hər il yanvarın 20-i minlərlə azərbaycanlı sovet qoşunları tərəfindən Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın qanlı şəkildə yatırılması aktı olan "Qanlı yanvar" hadisələri zamanı həlak olanları yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edir.

Həmin gün Bakı sakinləri sovet tankları və atışmalarının səsinə oyanır, lakin nəticədə bütün xalq azadlıq arzusu ilə oyandı. Bu azadlıq istəyi qan bahasına başa gəldi. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakını və Azərbaycanın digər bölgələrini mühasirəyə alan sovet qoşunları 147 mülki şəxsi öldürdü, bir çoxu əlil olan 744 günahsız insanı yaraladı və 400 nəfəri qanunsuz olaraq həbs etdi.

Bu, Moskvanın Sovet İttifaqının dağılmasının qarşısını almaq cəhdinin bir hissəsi idi. Lakin repressiv tədbirlər müstəqillik hərəkatını daha da gücləndirdi və Azərbaycan əhalisinin əksəriyyəti öz vətəndaşlarına silah tuşlamış qanlı bir imperiya olan Sovet İttifaqının tərkibində qala bilməyəcəklərini anladılar.

Tezliklə azərbaycanlılardan sonra başqaları da ayağa qalxdı: Litvadakı Sayudis, Ukraynadakı Xalq Hərəkatı, Estoniya Xalq Cəbhəsi. Beləliklə SSRİ dağılaraq xalqlar azad olmuşdur.

Başınız sağ olsun, unutmadıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.