Cəmiyyət

Baş Prokurorluq insan alveri ilə bağlı VİDEOçarx hazırlayıb

18 Yanvar 2021 14:32
Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir.

Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "İnsan alveri" istismar məqsədi ilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.
Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, insan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.