Cəmiyyət

Bakının əsas küçə və və prospektləri dezinfeksiya ediləcək

15 Yanvar 2021 13:54
Baxış: 688
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının əsas küçə və prospektləri növbəti dəfə dezinfeksiya ediləcək.

Bu barədə Milli.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, yanvar ayının 16-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.