Bakıda daha iki prospekt və bir küçədə avtobus zolağı təşkil edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əsas ictimai nəqliyyat dəhlizlərindən olan Qara Qarayev prospekti-Məhəmməd Hadi küçəsi-Gəncə prospektlərindən 43 marşrut xətti üzrə 700-dən artıq avtobus qismən və ya tam olaraq hərəkət edir. Gündəlik olaraq bu avtobuslarla 570 min nəfərdən artıq sərnişin daşınır.
Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, lakin mövcud nəqliyyat şəraiti, sıxlıq və tıxaclar hər gün ictimai nəqliyyatdan istifadə edən yarım milyondan artıq sərnişin lüzumsuz vaxt itkisinə məruz qalmasına səbəb olur. İndiki halda avtobuslar bu dəhlizi iki dəfə artıq vaxt sərf etməklə keçirlər. Pik saatlarda bu müddət daha da artır.
Sərnişinlərin rahatlığını təmin etmək, səyahət müddətini azalatmaqla onlara əlavə vaxt qazandırmaq məqsədilə dəhliz boyunca hər iki istiqamətdə avtobuslar üçün xüsusi zolaqlar təşkil edilib.
Zolaqların təşkili sayəsində avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səyahət müddəti isə azalacaq. Avtobusların zolaq üzrə maneəsiz hərəkəti intervalın daha düzgün tənzimlənməsinə imkan verəcək. Bu da sərnişinlərin dayanacaqlarda toplu halında uzun müddətdə avtobus gözləməsi kimi hallar əhəmiyyətli dərəcədə azaldacaq.
Müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etmək mövcud pandemiya şəraitində xüsusi ilə əhəmiyyətlidir.
Qara Qarayev prospekti üzrə təşkil olunmuş avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti günün bütün saatları üzrə qadağan ediləcək. Məhəmməd Hadi küçəsi və Gəncə prospektində isə avtobus zolaqları yalnız pik saatlarda, yəni səhər saat 08:00-dan 10:00-a kimi, axşam saatlarında isə 17:00-dan 20:00-a kimi qüvvədə olacaq. Bu barədə yol nişanlarının altında qüvvədə olma saatlarını bildirən lövhələr də yerləşdirilməkdədir.
Avtobus zolaqları çəkilərkən mövcud "cib" tipli parklanma yerləri və taksi duracaq məntəqələri saxlanılıb, taksi minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin həmin taksi duracaq məntəqələrinə və parklanma yerlərinə daxil ola bilməsi üçün müvafiq nişanlanma xətləri vasitəsilə şərait yaradılıb. Həmçinin, həmin "cib" tipli parklanma yerləri müvafiq yol nişanları və nişanlanma xətləri ilə də təchiz edilib.
Sürücülərdən xahiş edirik ki, zolaqlarla bağlı yol nişanın tələbinə əməl etsinlər. Zolağın tələbinə əməl edib avtobusların sərbəst hərəkətinə imkan yaradacağınıza ümid edir və buna görə əvvəlcədən təşəkkürümüzü bildiririk.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yasamalda torpaq 800 min manatı keçdi: Bahalaşmanın səbəbi nələrdir? - (Foto)
-
Qara Qarayev prospektində reyd: Keçid olduğu halda həyatını riskə atanlar saxlanıldı
-
"Müəllimin görünüşü də şagird üçün bir dərsdir"
-
Sinoptiklər xəbərdarlıq etdi: İyunun 20-dən külək güclənəcək
-
Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR
-
“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)
XƏBƏR LENTİ
-
Yasamalda torpaq 800 min manatı keçdi: Bahalaşmanın səbəbi nələrdir? - (Foto)
-
Ceyhun Qala xanım həmkarına əsəbiləşib efirdən getdi - (Video)
-
Qara Qarayev prospektində reyd: Keçid olduğu halda həyatını riskə atanlar saxlanıldı
-
Putin Təhlükəsizlik Şurasını çağırdı - Sergey Lavrov məruzə ilə çıxış etdi
-
"Müəllimin görünüşü də şagird üçün bir dərsdir"
-
Sinoptiklər xəbərdarlıq etdi: İyunun 20-dən külək güclənəcək
-
Qızının yazdığı məktub müğənni Ramalı ağlatdı - (Video)
-
Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR
-
“Liverpul” onun üçün 100 milyon avro ödəməyə hazırdır
-
“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)
-
Mahir Emreli Kiprin klubunun təklifini qəbul etmədi
-
Aşura günündə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar - Siyahı
-
Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrikə qoşulmasına subsidiya veriləcək
-
Məktəbəqədər təhsildə alternativ maliyyələşmə modelinə keçilir
-
Sabah Abşeron çimərliklərində dəniz suyu 22-25 dərəcə isti olacaq
-
Xəzər rayonunda açıq sahə yanır
-
"Qarabağ"ın iyunun 27-də Avstriyadakı oyunu ləğv edildi - Səbəb
-
"Ürəyin gedir dəqiqəbaşı özünü kəsdirib-doğramağa..." - Seda Sayan-Gülben qalmaqalı
-
Ukrayna Moskvaya irimiqyaslı hücumlara davam edir
-
Məşhur ispan hücumçunu mühafizəçilər təlim-məşq bazasına buraxmadılar
-
Məcburi köçkünlərlə bağlı qanun layihəsi ikinci oxunuşdan keçib
-
32 il sonra eyni anda meydana çıxdılar - Atalarının izi ilə...
-
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
-
Əməkdar artist makiyajsız halını paylaşdı - (Video)





