"WhatsApp"ın yeni qaydaları - Nə dəyişdi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son bir gündə "Whatsapp" mesencerinin istifadəçilərə aid məlumatların Facebook-a və onun proqramlarına ötürülməsi böyük müzakirələrə səbəb olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, "WhatsApp" ötən ilin iyulunda məxfilik şərtləri və siyasəti qaydalarında dəyişiklik olacağını elan etmişdi. Yeni qayda isə o deməkdir ki, əvvəl istifadəçi öz məlumatlarını "Facebok"a ötürməyə bilərdi və ona seçim verilirdi. İndi isə yeni qaydalarda belə seçim artıq olmayacaq. Ya qaydaları qəbul edib mesencerdən istifadə etməlisiz, ya da imtina edərək hesabınızı silməlisiz.
"WhatsApp"ın bu dəyişikliyi isə Azərbaycanda və dünyada birmənalı qarşılanmayıb. Müzakirə mövzusuna çevirilən bu qərardan sonra bəziləri "WhatsApp"ı silməyi və alternativ proqramlardan istifadə etməyi tövsiyə edib.
Türkiyə Prezidentinin ofisinin yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gizlilik prinsiplərinin dəyişməsi səbəbindən "WhatsApp" tətbiqindən imtina edib.
Bildirilib ki, "WhatsApp" mesajlaşma proqramını "Turkcell"in şifrəli mesajlaşma tətbiqi olan "BiP" ilə əvəz olunması nəzərdə tutulur.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, indi "WhatsApp" da "Facebook"a məxsus olduğundan bu datalardan reklam məqsədilə də istifadə olunacaq:
"Adi istifadəçinin yazışmaları heç kimə lazım deyil. Burada hansısa risklər yoxdur. Sadəcə, dövlət və böyük biznes qurumlarının əhəmiyyətli məlumatlarının bu resurslar vasitəsilə açıqlanması risklər yarada bilər. Bu resusların sahibi xarici vətəndaş, resurs da xarici olduğundan bizim üçün həmişə dayanıqlıqla bağlı risklər var.
Hazırda Konqresdə "Facebook", "Google", "Apple" və s. ilə bağlı hesabat hazırlanır. Ola bilər ki, yaxın müddətdə bu resurslar məcburən parçalansın və "WhatsApp"-ın sahibi başqa biri olsun və daha başqa qaydalar olsun. Odur ki, paralel olaraq digər resurslardan ( "Telegram", "Signal" və s) istifadə etmək doğru olardı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı - (Foto)
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)





