Cəmiyyət

Adı gələndə belə ermənilər qorxuya düşürdü - Söhbət ''Türk Harun''dan gedir - VİDEO

9 Yanvar 2021 13:06
Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düşmən tapdağından azad olunan torpaqlarımızın hər qarışı şəhidlərimizin qanı ilə qarışıb. And yerinə çevrilən bu torpaqlarımızın azad olunmasına görə öz canından keçən, 3 rəngli bayrağımızı namusu bilən şəhid qəhrəmanlarımıza borcluyuq. Həmin qəhrəmanlardan biri də, adı gələndə belə erməniləri qorxuya salan, ''Türk Harun'' kimi tanınan Harun Alqayevdir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Türk Harun". Adı gələndə belə ermənilər qorxuya düşürdü

Söhbət 44 günlük vətən müharibəsində adını tarixə qızıl hərflərlə yazdıran kəşfiyyatçı Harun Alqayevdən gedir.

Balakənin Gərəkli kəndində anadan olan Harunun ən böyük arzusu torpaqlarımızı düşməndən tapdağından azad etmək idi. Müharibədə iştirak edərək bütün döyüş əməliyyatlarını layiqincə yerinə yetirən Harun Alqayev bir çox yüksəkliklərin alınmasında, düşmənin canlı qüvvəsinin məhv edilməsində böyük rolu olub. O, Hadrut uğrunda gedən döyüşlərdə şəhid olur.

15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olan şəhid qəhrəmanımız oranı yüksək qiymətlərlə bitirərək 2010-cu ildə Ali hərbi məktəbə daxil olur. O, Akademiyanı da fərqlənmə diplomu ilə başa vurur. Rus və erməni dillərini mükəmməl bilən Harun Alqayev ötən ilin may ayında çoxdan arzuladığı Xüsusu Təyinatlı Qüvvələrin üzvü olur və döyüşlərdə iştirak edir.

Alqayevlər ailəsinin iki oğul övladı var ki, onların ikisi də, Vətən müharibəsində iştirak edib.Biri vətən müharibəsində tarix yazaraq şəhid oldu, digəri isə qazi kimi evlərinə döndü

Harun Algayev "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.