Cəmiyyət

Şirvanda bir ailənin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib

9 Yanvar 2021 08:43
Baxış: 904
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şirvanda zəhərlənmə hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsi, 195 ünvanında yaşayan ailə üzvləri 1999-cu il təvəllüdlü Dadaşov Ramin Təlatüm oğlu, 2006-cı il təvəllüdlü Dadaşov Mehti Təlatüm oğlu, 1978-ci il təvəllüdlü Dadaşova Xanım Rəsul qızı və 1964-cü il təvəllüdlü Dadaşov Təlatüm Əkbər oğlu toksik zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Ailə üzvləri nədən zəhərləndiklərini özləri də bilmirlər. Hal-hazırda onlara həkimlər tərəfindən yardım göstərilir.

Həkimlərin bildirdiyinə görə xəstələrdə  dəm qazından zəhərlənmə əlamətləri müşahidə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.