Cəmiyyət

Rəsul Quliyev Bakıya gəlir

10 Noyabr 2025 13:19
Baxış: 711
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir həftəlik, yaxud 10 günlük Bakıya gələcəyəm.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ-da mühacirətdə yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev Müsavat TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ötən ay qızı, həyat yoldaşı və nəvəsi Azərbaycana səfər edib.

"Ola bilsin, mən də bir həftəlik, yaxud bir aylıq Azərbaycana səfər edim. Baxaq da..." - deyə R.Quliyev vurğulayıb. Sabiq sədr azad olunmuş Qarabağa, Xankəndinə getmək istədiyini deyib.

Eks-spiker ABŞ-dan birdəfəlik Azərbaycana yaşamaq üçün köçməyi istisna edib:

"Mənim bir aydan sonra 78 yaşım tamam olur. Bu çox böyük yaşdır. Gəlib Azərbaycanda nə edəcəyəm? Övladlarım, nəvələrim Amerikada işləyir, yaşayır. Onlar daha Azərbaycana köçüb yaşayası deyillər. Gələndə də səfərə gəlib qayıda bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.