İdman

Karyerasından çox gözəlliyi ilə də diqqət çəkir - FOTOlar

11 Noyabr 2025 03:03
Baxış: 315
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İngiltərəli futbolçu Madlen Rayt həm idman karyerası, həm də görünüşü ilə tez-tez gündəmə gəlir.

Milli.Az xəbər verir ki, o, futbol meydanında sərgilədiyi oyunla yanaşı, sosial mediada paylaşımları ilə də böyük izləyici kütləsinə sahibdir.

Gənc idmançı "Çarlton Atletik" klubunda çıxış etdiyi dönəmdə peşəkar bacarığı ilə tanınıb. Lakin son illərdə Rayt idmandan çox modelliyə və sosial media fəaliyyətinə üstünlük verir.

İdmançının zərif siması və cəsarətli paylaşımları azarkeşlər arasında müzakirələrə səbəb olur. Bir çox izləyicilər onun "ən gözəl qadın futbolçulardan biri" olduğunu bildirir.

Madlen Rayt hazırda həm idman, həm də moda sahəsində fəaliyyətini davam etdirir və İngiltərədə ən çox izlənən gənc idman simalarından biri hesab olunur.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.