Kriminal

Ər arvadını başından bıçaqladı

10 Noyabr 2025 17:48
Baxış: 479
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncədə qadın baş nahiyəsindən bıçaqlanıb.

Milli.Az-ın məlumatına görə, hadisə bu gün şəhər ərazisində baş verib. Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Aysel Musayeva baş nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadın əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin araşdırmalardan sonra qadının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilib.

Hazırda polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində tədbirlər görülür. /Oxu.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.