Sağlamlıq

2025-ci ilin ən populyar körpə adları açıqlandı - Şarlotta, Ezra, Mateo...

10 Noyabr 2025 21:29
Baxış: 419
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2025-ci ilin ən populyar körpə adları açıqlanıb.

Milli.Az xəbər verir ki, "BabyCenter" mərkəzinin illik hesabatına görə, qızlar arasında ən çox seçilən ad Olivia olub və ardıcıl beşinci ildir ki, birinci yerdədir. Digər populyar qız adları Amelia, Sofiya, Emma, İzabella, Şarlotta, Eliana, Elli, Avrora və Miadır.

Oğlanlar arasında isə Noah (Nuh) üçüncü ildir ki, birinci yerdədir. Ən çox istifadə olunan digər oğlan adları Liam, Oliver, Elayca, Mateo, Levi, Lukas, Ezra, Aşer və Lukadır.

Qeyd edək ki, siyahı 4 noyabr 2024-cü il ilə 5 noyabr 2025-ci il tarixləri arasında doğulmuş 350.000-dən çox körpənin məlumatlarını əhatə edir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.