Ölkə

Bakıda bu binanın sakinləri qorxu içində yaşayır

10 Noyabr 2025 23:04
Baxış: 360
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda 12 ailənin yaşadığı ikimərtəbəli binada hər an qəza, yanğın baş verə bilər.

Milli.Az xəbər verir ki, paytaxtın Xətai rayonu, NZS qəsəbəsi, Yavər Səfərəliyev küçəsində yerləşən qəzalı binanın sakinləri bildiriblər ki, 100-dən çox yaşı olan tikilidə problemlər saymaqla bitmir.

Üstəlik, binanın taxta və qamış kimi yanar konstruksiyadan ibarət olması sakinləri qorxuya salıb. Şikayətçilər deyirlər ki, bu binaya bir kibrit bəs edər ki, tamamilə yararsız vəziyyətə düşsün.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binadakı vəziyyətdən xəbərdardırlar. Binanın qəzalı olması ilə bağlı məlumatlar aidiyyəti üzrə yöndəldirilib. Proses mərhələli şəkildə icra olunur./ Xezer TV

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.