Yeni marşrut xətti istifadəyə verilir - gedişhaqqı 0,80 qəpik - Yenilənib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərini paytaxtla əlaqələndirən 500 nömrəli marşrut xətti istifadəyə verilir.
Milli.Az xəbər verir ki, Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun "20 Yanvar" stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib.
Noyabrın 12-dən fəaliyyətə başlayacaq yeni marşrut üzrə avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürəcək, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edəcək. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsi müəyyən edilib.
Marşrut üzrə 20 ekoloji cəhətdən təmiz, CNG texnologiyası ilə təchiz edilən böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək.
Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərəcək.
500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,80 AZN müəyyən edilib.
xxx
Noyabrın 12-dən etibarən Sumqayıtdan Bakıya sərnişin daşınmasının həyata keçirilməsi məqsədilə yeni marşrut avtobusu xəttə buraxılacaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəttə buraxılacaq 500 nömrəli marşrut avtobusu Sumqayıt şəhərindəki Heydər Əliyev parkının qarşısından hərəkətə başlayacaq. Avtobus Ceyranbatan qəsəbəsindən keçməklə metronun "20 Yanvar" stansiyasına sərnişin daşınmasını həyata keçirəcək.
Sözügedən nəqliyyat vasitəsi "BakuBus" MMC-yə məxsusdur.
Xətt üzrə "BMC Procity CNG" markalı 18 metrlik (4 qapılı) avtobuslar fəaliyyət göstərəcək.
Məqsəd Ceyranbatan qəsəbəsi ərazisində sərnişin sıxlığını azaltmağa yönəlib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evli biri ilə eşq yaşaması iddialarına cavab verdi
-
Sumqayıtın bir hissəsində qaz kəsiləcək
-
Qaxda ağır qəza - Ölən və xəsarət alanlar var
-
"Ekranda əzilmiş, döyülmüş qadın görməyi xoşlayırıq"
-
Qarabağ suvarma kanalında bir nəfər batıb
-
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
XƏBƏR LENTİ
-
Əlağa İsmayılov Ukraynadan Azərbaycana ekstradisiya olunacaq
-
Evli biri ilə eşq yaşaması iddialarına cavab verdi
-
Tiktoker "Murad Sadə" həbs edildi
-
Prezident İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
-
Sumqayıtın bir hissəsində qaz kəsiləcək
-
Qaxda ağır qəza - Ölən və xəsarət alanlar var
-
"Arsenal"ın keçmiş oyunçusu toyundan sonra izsiz yoxa çıxdı
-
"Ekranda əzilmiş, döyülmüş qadın görməyi xoşlayırıq"
-
Qarabağ suvarma kanalında bir nəfər batıb
-
Bakı Qızlar Universitetinin tələbələri digər universitetlərə köçürüləcək
-
Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı - Rəsmi
-
Sabah Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
-
“Kəpəz” heyətinə daha bir futbolçu cəlb etdi
-
Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi
-
Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına salındı
-
Doktorantura üzrə hüquq ixtisaslarının siyahısı genişləndirildi
-
Kondisionerdən istifadə edənlərə xəbərdarlıq: 17 dərəcə...
-
Əli Əsədovdan Kərim Kərimovla bağlı qərar
-
İrana silah tədarükü iddiasına Çindən cavab gəldi
-
"Qarabağ", "Zirə" və "Neftçi" meydana çıxır - Oyun saatları bəlli oldu
-
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib - (Foto)
-
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA hücumuna məruz qalıb
-
Müjgan həbs edildi
-
Azərbaycanda külək güclənib - Faktiki hava açıqlanıb





