Şou-biznes

Ərdoğan 6 aydan sonra boşanacaqlarını demişdi, elə də oldu

10 Noyabr 2025 20:00
Baxış: 821
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türk aktyor Yalçın Dümer illər əvvəlki nikahı ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, aktyor bildirib ki, 1998-ci ildə evləndiyi zaman İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olan Rəcəb Tayyib Ərdoğan ona "Bu evlilik 6 ay sonra bitəcək" deyib. Dümer qeyd edib ki, həqiqətən də nikahı 6 ay sonra sona çatıb.

"Yalvar-yaxarla o vaxtkı İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Rəcəb Tayyib Ərdoğan nikahımıza gəlmişdi. Nikahdan sonra məni yola salarkən Ərdoğan dedi ki, bu evlilik altı aydan sonra bitəcək", - deyən Dümer bildirib ki, Prezident Ərdoğanın proqnozu doğru çıxıb.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.