Cəmiyyət

Vətən müharibəsində "Paşa" ləqəbi ilə tanınan döyüşçü qalib əsgər kimi doğma evinə qayıdıb - FOTO

8 Yanvar 2021 00:45
Baxış: 2 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 gün davam edən Vətən müharibəsində düşməni heybətli cüssəsi ilə vahiməyə salan "Paşa" ləqəbli qəhrəman Allahşükür Qasımov qalib əsgər kimi doğma yurdu Cəlilabadda böyük sevgi ilə qarşılanıb.

Uşaqdan böyüyə hamı rayon mərkəzinə Paşanı qarşılamağa çıxıb. Düşməni vahiməyə salan Allahşükür Qasımovun Vətən müharibəsində göstərdiyi şücaət hər bir cəlilabadlının qəlbini qürur hissi ilə doldurub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, döyüş meydanında düşməni lərzəyə salan Allahşükür Qasımov 1989-cu ildə Cəlilabad rayonunun Sərhədabad kəndində anadan olub.

Atası Simran Qasımov Vətənə layiqli övlad böyütdüyü üçün qürur hissi keçirdiyini deyib: "Fəxr edirəm ki, oğlum üzümüzü ağ elədi, düşmənə qarşı igid kimi döyüşərək torpaqlarımızın azad olunmasında iştirak etdi".

İndi Qasımovlar ailəsi ikiqat sevinc hissi keçirirlər. Qarabağın azad olmasına sevinən valideynlər indi də övladlarının sağ-salamat qayıtmasının sevincini yaşayırlar.

Qeyd edək ki, Milli Ordunun əsgəri Allahşükür Qasımov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın alınmasında igidliklə döyüşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.