Cəmiyyət

Vətəni yaşadanlar: Xüsusi təyinatlı komandir, şəhid Azər Mikayılov - VİDEO

4 Yanvar 2021 15:23
Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəlbəcər işğal edəndə 13 yaşı var idi. Böyüyəndə hərbçi olub vətən torpaqlarını azad etməyi söz vermişdi özünə. Sözünü tutdu da. Üstəlik torpaqlarımızın azadlığı uğrunda canını da fəda etdi. Şəhid mayor Azər Mikayılov Füzuli-Cəbrayıl-Hadrut istiqamətində gedən ağır döyüşlərə birbaşa rəhbərlik edib. Düşmənin canlı qüvvəsi, hərbi texnikasını məhv edərək çoxlu sayda yaşayış məntəqələrinin azad olunmasına nail olub. O, "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif olunub.

Kəlbəcərdə doğulmuşdu Azər Mikayılov. Düşmən doğma rayonunu işğal edəndə 13 yaşı vardı. Atası onu müəllim kimi görmək istəsədə, amma Azər hərbiçi olub vətən torpaqlarını azad etməyə söz verir.

Böyüyüb istəyinə də çatır. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə ordu sıralarına qoşulur. 2019-cu ilə qədər Naxçıvan Muxtar Respubilkasında Kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsindən, Əlahiddə Ümumqoşun ordusunun daxilində " Xüsusi Təyinatlı Taborun" komandiri vəzifələrinə qədər yüksəlir. Vətən müharibəsi başlayanda isə Azər Mikayılov Beyləqan-Fizuli ərazisində yerləşən N saylı xüsusi təyinatlı Hərbi Hissənin qərargah rəisi və Hərbi Hissə komandiri vəzifələrini icra edib. Mayor Azər Mikayılov yaxınları ilə danışarkən tezliklə qələbə ilə geri döncəyinə söz veribmiş.

Kəlbəcər sakini Füzuli-Cəbrayıl-Hadrut istiqamətində gedən ağır döyüşlərə birbaşa rəhbərlik edib. Düşmənin canlı qüvvəsi, hərbi texnikasını məhv edərək çoxlu sayda yaşayış məntəqələrinin azad olunmasına nail olub.

40 yaşında ən uca zirvəyə, şəhidliyə yüksələn mayor Azər Mikayılov 2 övlad atasıydı. Ən böyük arzusu isə Kəlbəcəri işğaldan azad etmək idi. Özü doğma rayonun düşməndən təmizləndiyini görməsə də, artıq ruhu şaddır. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə, ölkə başçısının sərəncamı ilə mayor Azər Mikayılov "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.