Cəmiyyət

Füzuli sakinləri təsərrüfatlarını doğma yurdlarında daha da genişləndirəcəklər - FOTO

1 Yanvar 2021 15:18
Baxış: 1 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun Füzuli rayonunu erməni işğalından azad etməsi ilə bu rayondan olan sakinlərin də yurd həsrəti bitdi. Artıq onlar doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qurumun tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilən xeyli sayda Füzuli rayonundan olan məcburi köçkünlər də var.

Proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına onlar müxtəlif sahələr üzrə kiçik ailə bizneslərini qurublar. Yaratdıqları bu bizneslərini doğma Füzuliyə aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.