Cəmiyyət

1052 yeni yoluxma, 4067 nəfər sağaldı

30 Dekabr 2020 17:08
Baxış: 3 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 052 yeni yoluxma faktı qeydə alınıb, 4067 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 217 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2 609 nəfər vəfat edib, aktiv xəstə sayı 34 732 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 904, ötən müddət ərzində isə ümumilikdə 2 185 247 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.