Cəmiyyət

Bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq gələn il aprelin 5-dək tam sığortalanır - Qanun

26 Dekabr 2020 15:27
Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq gələn il aprelin 5-dək tam sığortalanır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Dəyişikliyə əsasən, faizləri "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan fondun iştirakçı bankları tərəfindən 2021-ci il aprelin 5-dək tam sığortalanır.

Xatırladaq ki, "Əmanətlərin tam sığortalanması haqqında" Qanun 2016-cı il yanvarın 19-da qüvvəyə minib və bütün qorunan əmanətlərin həmin gündən etibarən 4 il 9 ay müddətində tam sığortalanması nəzərdə tutulurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.