Cəmiyyət

Bakıda sərxoş sürücü qəza törədərək piyadanı vurub - FOTO

26 Dekabr 2020 08:35
Baxış: 1 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev Prospekti ilə Babək prospektinin kəsişməsində qeydə alınıb.

"KİA" markalı avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çırpılıb. Daha sonra avtomobil yolun kənarında səkidə hərəkətdə olan 1995-ci il təvəllüdlü Anar Əlizadəni vurub. A.Əlizadə ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Avtomobil isə deformasiyaya uğrayıb. Əraziyə cəlb edilmiş Yol Patrul Xidmətinin əməkdaşları sürücünü Sərxoşluğun yoxlanılması məntəqəsinə aparıb. Müəyyən edilib ki, sürücü avtomobili sərxoş halda idarə edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.