Cəmiyyət

Yağışlı hava davam edəcək - Nə vaxta qədər? - VİDEO

25 Dekabr 2020 12:39
Baxış: 1 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşam saatlarından başlayaraq hava şəraitində dəyişiklik müşahidə edilir. Arabir yağış, bəzi yerlərə sulu qar, dağlıq və dağ ətəi ərazilərə isə qar yağır. Yağan qarın hündürlüyü bəzi rayonlarda 3-15 sm, dağlıq və dağətəyi rayonlarda isə 25-27 sm olub. Bəs bu hava şəraiti nə qədər davam edəcək?

Azyaşlılar kəndə yağan ilk qarın sevincini yaşayırlar. (qar topu oynayan yerlərdən).

Görüntülər Şəkinin Kiş kəndindədir. Dünəndən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişməsi Şəkidə və kəndlərində qarla müşahidə olunub. Rayonun əsasən dağətəyi kəndləri ağ örpəyə bürünüb.

Şimal bölgəsinə də qar yağıb. Quba və onun dağ kəndləri ağ örpəyə bürünüb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mövcud hava şəraiti sabahdan başlayaraq mülayimləşəcək.

Dekabrın 26 və 27-də paytaxtda və bölgələrdə hava şəraitinin əsasən sabit, yağmursuz keçəcək. Temperator isə bu günlə müqayisədə yüksələcək.

Ətraflı "Xəzərxəbər"in videosüjetində:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.