Cəmiyyət

Polad Həşimovun "sən mənim səngərdə böyüyən zabitimsən" dediyi şəhid Anar Məmmədov - VİDEO

21 Dekabr 2020 11:34
Baxış: 1 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəzirə Məmmədova və qızı Zeynəb Məmmədli... Onların hər ikisini ortaq tale birləşdirir, hər ikisinin atası Qarabağ döyüşlərində şəhid olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Nəzirənin I Qarabağ müharibəsində, Şuşa uğurunda gedən döyüşlərdə atası Heydər Həmidov, II Qarabağ müharibəsində isə həyat yoldaşı mayor Anar Məmmədov şəhidlik zirvəsinə yüksəlib.

34 yaşlı qəhrəmanımız 18 il idi ki, ön cəbhədə düşmənə sipər idi. Hətta Milli Qəhrəman Polad Həşimov Anara hər zaman "sən mənim səngərdə böyüyən zabitimsən" deyirmiş. O, Tərtər, Füzuli, Hadrut, Xocavəndin Tuğ və Şuşanın Daşaltı kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edir. Bir dəfə yaralansa da, öz istəyi ilə yenidən döyüşlərə qatılır. Anar Məmmədov noyabrın 1-də Xocavənd döyüşlərində şəhid olub.

Anar Məmmədov ailədə də hər kəsin dayağı, ümid yeri idi. İndi isə Anarla təkcə ailəsi yox, hər bir Azərbaycan vətəndaşı fəxr edir, qürur duyur.

Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.