Cəmiyyət

Apteklərdə C vitamini niyə tapılmır? - VİDEO

18 Dekabr 2020 12:34
Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəndaşlar Vitamin C-yə ən çox tələbatın olduğu bu günlərdə həmin preparatı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Onlar müraciət etdikləri apteklərin çoxundan əliboş qayıdırlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, C vitamini tərkibli preparatlardan yalnız koronaviruslu xəstələr deyil, immuniteti zəif olan hər kəs istifadə etdiyindən tələbat da çox böyükdür.

Bunu fürsət bilən bəzi işbazlar da preparatın qiymətini artırırlar.

Məsələni araşdırmaq üçün paytaxt ərazisində fəaliyyət göstərən apteklərə üz tutduq. Daxil olduğumuz 6 aptekdən yalnız birində Vitamin C-ni tapa bildik. Satıcılar bu preparata tələbatın çox olduğunu və bu səbəbdən tapılmadığını deyirlər.

Əczaçılar deyirlər ki, qiymət vitaminin keyfiyyətindən asılı olaraq dəyişir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, apteklərin dərman təminatı onların səlahiyyətində deyil. Depolarla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.