Cəmiyyət

"Vətən müharibəsi qəhrəmanı" şəhid İsmayıl Səmədovun qəhrəmanlıq hekayəsi - VİDEO

17 Dekabr 2020 10:28
Baxış: 1 423
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaşadığı qısa həyat yolunda böyük uğurlar qazandı ...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Vətən müharibəsində döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş hərbi qulluqçulardan biri İsmayıl Səmədovdan gedir.

O, 1990-cı ildə Zaqatala rayonunda dünyaya göz açıb. Qəhrəmanımızın arzu etdiyi hər hansı bir ali məktəbə daxil olmaq şansı varkən o, Vətənə xidmət etməyi seçib. Hərbçi olmaq istəyib və 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Döyüşlərdə isə xüsusi təyinatlı hissələrdə xidmət edib. Şəhid qəhrəman şücaəti və qəhrəmanlıqları ilə seçildiyinə görə bir neçə hərbçi ilə birgə Ali Baş Komandan İlham Əliyevlə də görüşmək fürsətini əldə edib.

Göstərdiyi şücaətlərə görə şəhidimizə "Vətən müharibəsi qəhrəmanı" adı verilib.

4 illik ailəli idi qəhrəmanımız. Onun bir qız, bir oğlan övladı bu vətənə əmanət qaldı.

Səmədovlar ailəsi torpaqlarımızın azad olunmasında hər bir igid oğul kimi övladları İsmayıl Səmədovun payının olması ilə təsəlli tapır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.