Cəmiyyət

Postlardan keçməyə cəhd edən 175 avtomobil geri qaytarıldı

16 Dekabr 2020 11:17
Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonunun giriş-çıxışlarına nəzarət gücləndirilib.

Baş Dövlət Yol Polisi İdarəsindn Milli.Az-a verilən məlumata görə, xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq qərara əsasən, 15.12.2020-ci il saat 08:00-dan 16.12.2020-ci il 08:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 20-si rayon, 20-si paytaxt istiqamətinə olmaqla 40, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 35-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 75, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 40-ı rayon, 20-si paytaxt istiqamətinə olmaqla 60 avtomobil geri qaytarılıb.

Ümumilikdə 175 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.