Cəmiyyət

Şəhid atası: "Vasif çox qısa, amma şərəfli ömür yaşadı" - VİDEO

12 Dekabr 2020 12:14
Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsinin qəhrəmanlarından biri də leytenant Vasif Heydərovdur. Onun döyüş yolu Füzulidən başlayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Tovuz rayonunun Aran Yanıqlı kəndində doğulub, boya-başa çatan şəhid zabitimiz müharibədə iştirak edəcəyini heç kimə deməyib. Həmişəki kimi gülər üzlə yenidən hərbi hissəyə qayıdıb. Əks hücum əməliyyatları başlayan ilk gündən də ön sıralarda olub.

Döyüşlər başlamazdan əvvəl hazırda ordu sıralarında zabit kimi vətənə xidmətini davam etdirən qardaşı ilə danışan Vasif qürur hissi ilə ona birinci Qarabağ müharibəsində həlak olan dayısı kimi şəhidlik zirvəsinə ucalacağını deyib.

Bu gün ailəsi Vasifin qoxusunu onun üç aylıq oğlundan, üzünü cəmi iki dəfə gördüyü Nihatdan alır. Şəhid zabitimiz xanımı ilə sonuncu dəfə danışanda oğluna yaxşı baxmağı və yaxşı da təhsil verməyi tapşırıb.

Bütün şəhidlərimiz kimi vətən sevgisi və qorxmazlığı ilə hər kəsin qəlbində özünə taxt quran leytenantımız heç bir zaman unudulmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.