Cəmiyyət

“Ramiz Mehdiyev heç mənə salam vermirdi”

20 Oktyabr 2025 17:58
Baxış: 859
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Ramiz Mehdiyevi yalnız televizorda və bir dəfə işə qəbul olunarkən görmüşəm".

Milli.Az xəbər verir ki, bu sözləri "qafqazinfo"ya açıqlamasında adı "boz kardinal"ın adamları sırasında çəkilən keçmiş hakim Kamal Əliyev deyib.

"Mən hara, Ramiz Mehdiyev hara? O vəzifədə olan vaxt məni hakimlikdən azad etdilər. Onun adamı olsaydım, məni kim işdən çıxara bilərdi, kimin "dux"u çatardı yaxın gəlsin? Əksinə, əgər onun adamı olsaydım, məni məhkəmə sədri və ya başqa vəzifəyə təyin edərdilər. Dediyim kimi, Ramiz Mehdiyev heç mənə salam vermirdi, qaldı ki, Novxanıdakı görüşlərinə çağırsın. İndi isə məni ona yapışdırırlar", - deyə hazırda vəkilliklə məşğul olan K.Əliyev qeyd edib.

Qeyd edək ki, Kamal Əliyev əvvəllər Tərtər Rayon Məhkəməsində hakim işləyib. O, sonradan "Tərtər işi" ilə bağlı qərarlara görə məhkəmə sistemindən uzaqlaşdırılıb. Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra K.Əliyev Akademiyanın hüquq şöbəsinin rəisi olub. Bir müddət əvvəl keçmiş deputat Elton Məmmədov onu "Tərtər işi" ilə bağlı qərar verməkdə, həmçinin Nəcməddin Sadıkov və Ramiz Mehdiyevlə əlbir olaraq hərbçilərə zülm etməkdə ittiham etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.